“Yay tətilinin ləğv olunması üçün heç bir əsas yoxdur” - Təhsil nazirinin müavini
“Güman edirəm ki, yay tətilinin ləğv olunması üçün heç bir əsas yoxdur”.
- Aria.Az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib. Bildirib ki, bu, onların hüququdur:
- “Biz uşaqların istirahətlərini əllərindən almarıq. Ancaq istəyərdim ki, şagirdlər, tələbələr də ötən illərdən fərqli olaraq yay tətilini daha səmərəli keçirsin. Təhsilə, oxumağa kifayət qədər yer ayırsınlar”.