Azərbaycanda məhkəmədə boşanma işinə onlayn baxılıb
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən xüsusi karantin rejimi dövründə məhkəmələrin də onlayn qaydada keçirilməsi gözlənilir.
- Aria.Az-ın verdiyi xəbərə görə, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Yasamal rayon məhkəməsinin hakimi Ramin Qurbanov deyib ki, məhkəmə proseslərinin onlayn qaydada keçirilməsi variantına da baxılır: “Bunun üçün bir sıra ölkələrin təcrübəsi öyrənilib. Bir sıra məhkəmə iclaslarına vətəndaşlar videokonfrans vasitəsilə qoşula bilərlər.
- Bununla bağlı artıq elektron sistem yaradılıb. Paytaxtın Nərimanov, Yasamal, Nizami rayonlarında bu sistem tətbiq edildi və uğurlu proses baş tutdu. Bu işlərdə qətnamə də çıxarıldı. Nikahın pozulması ilə bağlı bir prosesə iştirakçı Qazaxıstan Respublikasından onlayn qaydada qoşuldu”.