• 21 Noyabr, 2024
  • 13:32
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:32
    • 1.7
    • 32 c

ATƏT PA-nın yay və payız sessiyaları təxirə salınıb

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təşkilatın videokonfrans formatında keçirilən onlayn Büro iclasında iştirak edib.

  • Aria.Az-ın xəbərinə görə, iclasda bir sıra təşkilatı məsələlər müzakirə olunub. 
  • ATƏT PA-nın Vankuverdə keçirilməsi planlaşdırılan illik yay və San-Marinoda nəzərdə tutulan payız sessiyalarının təxirə salınması, qurumun prezidenti başda olmaqla Büro üzvlərinin də səlahiyyətlərinin 2021-ci ilin iyuluna kimi uzadılması, Daimi Komitənin və ümumi komitələrin onlayn iclaslarının təşkili haqqında razılıq ədlə edilib.