Tovuz sakinlərində narkotik maddə aşkarlanıb
Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Eşqin Ələkbərov saxlanılıb.
- Aria.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 0.283 qram çəkidə narkotik vasitə olan metamfetamin aşkar olunaraq götürülüb.
- E.Ələkbərov ifadəsində narkotik vasitəni tanışı Musa adlı şəxsdən aldığını bildirib. Aparılan araşdırmalarla həmin şəxsin Musa Nağıyev olması müəyyən edilərək saxlanılıb.
- Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin ötən ilin iyul ayından bu günə qədər Tovuz və Şəmkir rayonlarında ümumilikdə 6 oğurluq hadisəsi törətmələri də məlum olub.
- Faktla bağlı araşdırmalar davam etdirilir.