• 21 Noyabr, 2024
  • 13:59
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:59
    • 1.7
    • 32 c

Saxta icazə arayışları satan şirkət rəhbəri saxlanıldı

Xüsusi karantin rejimi qaydalarını pozmaq üçün saxta arayışlar satan daha bir şirkət rəhbəri saxlanılıb. 

  • Aria.Az DİN-ə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən  “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb. 
  • Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.
  • Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
  • Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir. Orxan Ələkbərov və digər şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.