• 21 Noyabr, 2024
  • 13:51
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:51
    • 1.7
    • 32 c

Deputatlarımız NATO Parlament Assambleyasının iclasına qatıla bilməyəcək

“NATO Parlament Assambleyasının yaz sessiyası bu ilin 22-25 may tarixlərində Ukraynada keçirilməli idi. Sadəcə olaraq COVİD-19 pandemiyası səbəbindən  iclasa qatılmağımız mümkün olmayacaq. Çünki sessiya təxirə salınıb”. 

  • Aria.Az xəbər verir ki, bu fikirləri Modern.az-a Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Məlahət İbrahimqızı deyib. 
  • Məlahət İbrahimqızı bir çox tədbirlərin onlayn keçirildiyini bildirib:
  • “Ümumiyyətlə, pandemiya səbəbindən beynəlxalq təşkilatların əksəriyyəti bir növ fəaliyyətini dayandırıb. Buna baxmayaraq rəhbər heyətləri bir-birilə onlayn rejimdə əlaqə saxlayır. Hələlik bütün sessiyalar, komitə iclasları qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Güman ki, payızda koronavirus pandemiyasının gedişatına baxılacaq. O zaman konkret nəsə söyləmək olar”. 
  • Qeyd edək ki, NATO PA-nın yaz sessiyası mayın 22-25-də Kiyev şəhərində keçirilməli idi.