• 21 Noyabr, 2024
  • 14:06
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:06
    • 1.7
    • 32 c

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər

Xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları daha 80 ailəyə köməklik göstəriblər.

  • Aria.Az-a daxil olan məlumata görə, bu dəfə Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları Xaçmaz və Qusar rayonları ərazisində yaşayan aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.
  • Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.