• 21 Noyabr, 2024
  • 14:06
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:06
    • 1.7
    • 32 c

Aİ Ali Məhkəmənin qərarlarını alqışlayır

Avropa İttifaqı (Aİ) Azərbaycan Ali Məhkəməsinin Respublikaçı Alternativ Partiyasının (REAL) rəhbəri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı qərarlarını alqışlayıb.

  • Aria.Az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr Departamentinin bəyanatında deyilir.
  • “Bu qərar çoxdan gözlənilən qərardır və yekunda Avropa İnsan Haqları Məhkəməsinin müvafiq qərarlarına tam uyğundur”, - təşkilatın açıqlamasında bildirilir.
  • Qeyd olunur ki, Avropa İttifaqı ölkədə demokratiya və insan haqlarının fundamental məsələlərini həll etmək üçün Azərbaycanla əməkdaşlıq və dialoqa davam edəcək.