Daha 30 min şəxsə 190 manat verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərdən ibarət daha 30 min nəfər üçün birdəfəlik vəsaiti köçürüb.
- Aria.Az xəbər verir ki, kəmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.
- Onlar bu mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilərsə - istənilən poçt şöbəsinə, bank göstərilərsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni (190 manat) ala bilərlər.
- Birdəfəlik ödəmələrin verilməsinə aprelin 9-dan başlanıb və proses hər gün davam edir. İndiyədək birdəfəlik ödəniş edilən şəxslərin sayı 320 minə, bu kateqoriyalardan olanlara ödənilən ümumi vəsaitin məbləği isə 60 milyon 800 min manata çatıb.