Aprel ayı üzrə ödənişlər başa çatdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.
- Aria.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, aprelin 20-də Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə 553 818 nəfərə, bu gün - aprelin 21-də isə paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə 162 682 nəfərə müavinət, təqaüd və kompensasiya ödənilib.
- Beləliklə, 716 500 nəfərə qeyd edilən sosial təminat növləri üzrə ödənişlər edilib.
- Xatırladaq ki, aprel ayının bütün pensiya ödənişləri də bu ayın 8-15-də həyata keçirilib.