“Azərbaycan Diaspor Gəncləri” virtual konfrans təşkil edib
Aprelin 19-da Azərbaycan Diaspor Gənclərinin (ADG) təşəbbüsü ilə virtual konfrans keçirilib.
- Aria.Az xəbər verir ki, konfransa dünyanın 14 ölkəsindən - Türkiyə, Kanada, Litva, Misir, Polşa, Rusiya, Gürcüstan, Estoniya, Almaniya, İsveçrə, İtaliya, Fransa, Yunanıstan və Azərbaycandan 18 nəfər qatılıb.
- Diaspor gəncləri COVİD-19 pandemiyasının yaşadıqları ölkələrdə yaratdığı problemlərdən, xaricdə yaşayan azərbaycanlıların qarşılaşdıqları çətinliklərdən, Azərbaycan dövlətinin və diasporumuzun bu problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıblar.
- Müzakirələrin əhəmiyyətini qeyd edən konfrans iştirakçıları qərara alıblar ki, gənclərin fərdi inkişafına, diaspor fəaliyyərinə fayda vermək üçün gələcəkdə də virtual təlim, konfrans və seminarların təşkilini davam etdirsinlər.