Gürcüstan və Azərbaycanın spikerləri koronavirusu müzakirə etdi
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze və Milli Məclisin Sədri Sahibə Qafarova arasında telefon danışığı olub.
- Aria.Az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.
- Parlament sədrləri Gürcüstan və Azərbaycanda qlobal pandemiya kontekstində həyata keçirilən təbdirlər, ictimai sağlamlıq və iqtisadi məsələləri müzakirə ediblər.
- Söhbət zamanı parlamentlərin fəaliyyəti və COVID-19 virus infeksiyasına qarşı mübarizədə qanunverici orqanların iştirakı məsələsinə də toxunulub.
- A.Talakvadze azərbaycanlı həmkarına dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycana koronavirusla mübarizəni uğurla başa çatdırmağı arzulayıb.