Azərbaycan XİN Yəməndə atəşkəsin elan edilməsini alqışladı
Azərbaycanın Xarici İşlər Nazirliyi Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə elan edilmiş atəşin dayandırılmasını alqışlayır.
- Aria.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter”dəki səhifəsində deyilir.
- "Biz ümid edirik ki, bu, ölkədə uzun müddətli sülh və təhlükəsizlik üçün yeni imkanlar açacaq və Yəməndə münaqişəyə son qoymaq üçün bütün tərəfləri BMT-nin xüsusi nümayəndəsi ilə sıx əməkdaşlıq etməyə həvəsləndirəcək", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.