II Dünya müharibəsinin 75 illiyi münasibətilə müsabiqə elan olundu
“Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnı müsabiqəsi elan edilib.
- Aria.Az xəbər verirlər ki, Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, müsabiqənin təşkilatçıları Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır.
- Müsabiqə bir kateqoriya üzrə - vətənpərvərlik ruhunda mahnı - seçim turundan ibarətdir. Seçim mərhələsi sənədlərə və audioyazılara əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdirir.
- Müsabiqənin keçirilmə tarixi 10 aprel - 9 may, 2020-ci il, keçirildiyi yer, Azərbaycan Bəstəkarlar İttifaqı (Xaqani küçəsi, 53, Bakı).
- Münsiflər heyəti Firəngiz Əlizadə - sədr, Cəlal Abbasov - üzv, Gövhər Həsənzadə - üzv, Həcər Babayeva - üzv, Elnara Dadaşova - üzv, Lətifəxanım Əliyeva - kordinatordur.
- Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər. Son müraciət tarixi 9 may 2020-ci ildir.
- İştirakçılar azcomposersunion@gmail.com elektron ünvanına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçə bilərlər.
- Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.
- Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır. İştirakçılar tərəfindən fərdi şəkil, yaradıcılıq xülasəsi və audio yazı (5 dəqiqədən çox olmamaq şərti ilə) yuxarıda qeyd olunan elektron ünvana göndərilməlidir. Ərizənin doldurulduğu tarixdən 6 ay əvvəldən tez olmayaraq öndən, sinədən yuxarı çəkilmiş və yüksək keyfiyyətli rəqəmsal formatda şəkillər olmalıdır (minimum 300 dpi). Şəkillərin istifadəsinə dair müəllif tərəfindən iddia olunmamalıdır. Şəkillərdən rəsmi proqramlarda, web-saytlarda və ictimai əlaqələr məqsədilə istifadə olunacaqdır.
- Qeydiyyat forması tam doldurulmadığı halda, həmin ərizənin qəbulu prosesi dayandırıla bilər.
- Müsabiqə ilə bağlı ətraflı məlumatı azcomposersunion@gmail.com elektron ünvanı vasitəsilə əldə etmək mümkündür. Seçim mərhələsi ərizəçilər tərəfindən təqdim olunmuş musiqi parçalarına əsasən həyata keçiriləcəkdir.
- Müsabiqə dinləyicilər üçün qapalı şəraitdə keçirilir. Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra mct.gov.az saytında rəsmi olaraq yayımlanacaqdır.
- 5 nəfərdən ibarət Münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək. Münsiflərin ayrı-ayrılıqda qərarlaşdırdıqları fərdi qiymətləndirmə siyahıları ümumi cədvələ köçürüləcək və orta qiymətləndirmə hesabatı ictimaiyyətə açıqlanmazdan əvvəl münsiflər tərəfindən müzakirə olunacaq.
- Müsabiqə zamanı münsiflərlə iştirakçılar arasında heç bir ünsiyyətə icazə verilmir. Bu qayda müsabiqəni tərk etmiş iştirakçıya aid edilmir.Münsiflər heyətinin verdiyi qərara qarşı heç bir etiraz və ya şikayət qəbul edilmir.
- Mükafatlar
- Qran-Pri - 2 000 manat məbləğində pul mükafatı
- Birinci yer - 1 500 manat məbləğində pul mükafatı
- İkinci yer - 1 250 manat məbləğində pul mükafatı
- Üçüncü yer - 1 000 manat məbləğində pul mükafatı
- Münsiflər heyəti yerlərdən hansınısa heç bir iştirakçıya verməmək və ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir
- Əgər bir neçə qalib eyni yeri tutarsa, onda həmin yer üçün müəyyən edilmiş mükafat həmin qaliblər arasında tam şəkildə bölüşdürülməlidir
- Qaliblərə təşkilatçılar və fərdi şəxslər tərəfindən müsabiqəni dəstəkləmək məqsədilə əlavə mükafatlar təqdim oluna bilər.
- Mükafatlar qaliblərə şəxsən nağd pulla təqdim ediləcəkdir.
- Müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.