• 21 Noyabr, 2024
  • 14:16
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:16
    • 1.7
    • 32 c

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi Gülarə Məcidova 2020-ci il mart ayının 12-də, 77 yaşında vəfat edib.

Gülarə Məcidova 1943-cü ildə Bakıda anadan olub. O, 1963-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1972-ci ildə isə M.A.Əliyev adına İncəsənət İnstitutunu bitirib. 

Milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Gülarə Məcidova təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan tanınmış fırça ustası idi. Onun məharətlə yaratdığı əsərlər Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandırıb.

O, “Kənd həyəti”, “Baharın gəlişi”, “Buzovnada məhəllə”, “İçərişəhərdə günorta”, “Orta əsr. Azərbaycan qadını”, “Kənd toyu” və başqa əsərlərin müəllifidir. 

Gülarə Məcidova 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 1980-ci ildən mütəmadi olaraq Türkiyədə, Moskvada, Qazaxıstanda və başqa ölkələrdə keçirilən sərgilərdə, beynəlxalq simpoziumlarda iştirak edib. 2013-cü ildə fərdi yaradıcılıq sərgisi keçirib, respublika və beynəlxalq sərgilərin fəal iştirakçı olub. 

Allah rəhmət eləsin!