GÖYDƏN BİR ULDUZ AXDI - ŞEİR
- GöydƏn bir ulduz axdı
- Göydən bir ulduz da axdı bu gecə,
- Qarışdı gecənin qaranlığına.
- Ömrü başa vurdu o da beləcə,
- Çatmadı səhərin aydınlığına.
- Kimi karvanından aralı qaldı,
- Kimin bəxti söndü, şamı qaraldı,
- Kimin qapısını görən qar aldı?!
- Göydən bir ulduz da axdı bu gecə.
- Göylərdən endirdi öz ulduzunu,
- Yerdə bəxt ulduzun tapa bilməyən.
- Axan ulduzu tək yumdu gözünü
- Üzünə bircə yol bəxti gülməyən.
- Qovuşdu bəxtilə o da beləcə,
- Göydən bir ulduz da axdı bu gecə.
- NƏZAKƏT MƏMMƏDLİ