• 21 Noyabr, 2024
  • 13:56
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:56
    • 1.7
    • 32 c

TƏLƏSİN, İNSANLAR - ŞEİR

  • TƏLƏSIN, INSANLAR…
  •  
  • Tələsin, insanlar, şadlıq görməyə,
  • Qəm-qüssə görməyə gecikin bir az.
  • Tələsin, insanlar, deyib-gülməyə,
  • Göz yaşı tökməkdən bezikin bir az.
  •  
  • Siz hərdən çıxarın xatirinizdən
  • Həyatda pislik var, qəm var, kədər var.
  • Siz hərdən çıxarın xatirinizdən
  • Həyatda dəhşətli faciələr var.
  •  
  • Xəyallar qoynunda uyuyun təmiz,
  • Ömr edin, yaşayın fikrinizdə nur.
  • Siz elə zənn edin planetimiz
  • Xeiyrxahlıq üstdə fırlanır, durur.
  •  
  • Tələsin, tələsin, tələsir zaman,
  • Düzəlməz işə də düzəldi deyin.
  • Hərdən qocaya da gəncsən, cavansan,
  • Hərdən kifirə də gözəldi deyin.
  •  
  • Səs salın səmaya, suya, torpağa,
  • Bu yola çağırın nəsilləri də.
  • Tələsin, adamlar, əldən tutmağa,
  • Fəqət ev yıxmaqda qalın geridə.
  •  
  • Nə olar, bu dünya uçmayacaq ki,
  • Dərdli ürəklərin sevinci olun!
  • Siz günah yumaqda birinci, ilkin,
  • Günah işlətməkdə mininci olun!
  •  
  • Tələsin, yaxşılıq daşımağa siz,
  • Onun yollarını tutub kəsməyin!
  • Tələsin, ömr edib yaşamağa siz,
  • Ölməyə, ölməyə çox tələsməyin.

  • Cabir Novruz - ONN media
  • Cabir Novruz