• 21 Noyabr, 2024
  • 13:57
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:57
    • 1.7
    • 32 c

QOXLA, SEV - ŞEİR

             QOXLA,SEV

  • Göz oxşayan çiçək nə çox çəməndə,
  • Sən dərdiyin çiçəyini qoxla, sev.
  • Gül ətriylə düşməyəsən kəməndə,
  • Üzdüyünü tər çiçək tək qoxla, sev.

  • Bu bahardı - çiçəyi bol, gülü bol,
  • Sən də baxıb öz gülünə heyran ol.
  • Özgə gülü sonda olar tikan-kol,
  • Sənə qalar öz çiçəyin, qoxla, sev.
  •  
  • Kim deyir ki, gülün ömrü az olar?
  • Gül ömrünü gülü üzənlər yazar.
  • Üzdüyündən olmayasan sən bezar,
  • Cənnətindi bu gül sənin, qoxla sev.
  •  
  • Nəzakətin düzdür sözü, ilqarı,
  • Bağçasını xəzan edib rüzgarı.
  • Hər aşiqin yarı olsun gülzarı,
  • Bağrına bas gül yarını, qoxla, sev.


  • Yada Düşdü - Article Journal
  • NƏZAKƏT