Polisdən qurtulmaq üçün öskürməyə başlayan şəxs “Koronavirus deyiləm” deyərək yalvardı - Türkiyədə
- İstanbulda turistlərin pasportlarını oğurlamaqda şübhəli bilinən şəxs koronavirus bəhanəsinə əl atıb.
- Bu barədə “HaberGlobal” məlumat yayıb.
- İran əsilli şəxs polis tərəfindən yaxalandıqdan sonra öskürərək, polisləri koronavirusa yoluxduğuna inandırmağa çalışıb. Polis əməkdaşları ehtiyat tədbiri kimi tibbi yardım xidmətinə müraciət edib.
- Əraziyə gələn xüsusi qoruyucu geyimli tibbi heyət şübhəli şəxsin temperaturunu ölçüb. Temperatur aşağı olsa da, şübhəlinin xəstəxanaya aparılması qərara alınıb.
- İran əsilli şəxs bu dəfə də xəstəxanaya getmək istəməyib. Şübhəli təcili yardım maşınına mindirilərkən, polisə “vallah, koronavirus deyiləm” deyərək yalvarıb.