• 12 Dekabr, 2024
  • 02:46
  • 32 c Bakı
  • 1.7 AZN
    • 02:46
    • 1.7
    • 32 c

Lənkəranda “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində 2-ci təlim həyata keçirilib - FOTOLAR


  •         Aria.Az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu  “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində 26.10.2023 tarixində 2-ci təlim həyata keçirilib.

          Lənkəran şəhər 7 nömrəli tam orta məktəbində “Lənkəran STEAM mərkəzi”ndə təşkil olunan təlimin əvvəlində layihənin rəhbəri – Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin Texnologiya fənn müəllimi Dünya Veysəlova yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edərək ilk təlimdən sonra şagirdlərdə təlimlərə böyük marağın yarandığını qeyd edib, bunu yüksək dəyərləndirib. Sonra layihənin eksperti Samir Salayev bugünkü təlimin də çox maraqlı mövzunu əhatə etdiyini qeyd edərək təlimə qoşulan şagirdlərə və təlimin işinə uğurlar diləyib. 

          STEAM təlimçisi Faiq Şıxəlizadənin təqdimatında 2-ci təlimə start verilib. Layihənin fəaliyyət planına uyğun olaraq “Tinkercad proqramı ilə tanışlıq. Tinkercadda detallar - Fincan hazırlanması” mövzusunda olan 2-ci təlimdə dünyaca məşhur Tincercad saytından qeydiyyatdan keçməyi öyrəndikdən sonra, saytda 3D dizayn hazırlamağı öyrəniblər. İlk iş kimi hər bir iştirakçı məktəbli özü üçün üzərində adı qeyd olunmuş fincan hazırlayıblar. Məhsuldar keçən təlim məktəblilərdə bir daha STEAM bacarıqlarına böyük maraq yaradıb. Növbəti təlim 28.10.2023 tarixində  təşkil olunacaq.

         Qeyd edək ki, “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbindən seçilmiş 20 nəfər şagird üçün nəzərdə tutulub və 15.09.2023-15.02.2023 tarixlərində Lənkəran rayonunda icra olunur.

“Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi " layihəsinin mətbuat xidməti