• 12 Dekabr, 2024
  • 01:42
  • 32 c Bakı
  • 1.7 AZN
    • 01:42
    • 1.7
    • 32 c

“Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsi çərçivəsində ilk təlim həyata keçirilib

03.12.2021 tarixində  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbin müəllimi Nəvai Qənbərovun rəhbəri olduğu  “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsi çərçivəsində ilk təlim həyata keçirilib.

Aria.Az xəbər verir ki, “Google Meet” platforması üzərindən onlayn fortmada həyata keçirilən təlimdə layihənin rəhbəri N.Qənbərov, layihənin eksperti S.Salayev və layihəyə seçilmiş coğrafiya müəllimləri iştirak edib. Peşəkar CİS təlimçisi Samir Vəlizadə tərəfindən “Coğrafi İnformasiya Sistemlərinin mahiyyəti, əsas komponentləri” mövzusunda həyata keçirilən təlim iştirakçıların böyük marağı ilə müşayiət olunub. Təlimdə CİS-in yaranması, quruluşu, tətbiqi zamanı müasir zamanda əldə olunan səmərəli nəticələrin şərhinə yer verilib. İştirakçıları düşündürən bütün suallara cavab verilib. İştirakçılara növbəti təlimlərdə CİS üzrə praktiki işlərin görülməsi üçün lazım olan proqramlar təqdim olunub. Həmin proqramların yüklənməsi və qurulması qaydaları izah olunub. Texniki dəstək təklif olunub.

Qeyd edək ki, layihənin icra planına uyğun olaraq həftədə 2 dəfə olmaqla toplamda 24 təlim həyata keçirilməsi nəzərdə tutulub. Növbəti təlim “Coğrafi İnformasiya Sistemlərinin tətbiq sahələri” mövzusunda olacaq.


Layihənin mətbuat xidməti