• 12 Dekabr, 2024
  • 01:55
  • 32 c Bakı
  • 1.7 AZN
    • 01:55
    • 1.7
    • 32 c

“Koronavirusla bağlı neft bazarlarında tamamilə yeni vəziyyət yaranıb” - Samir Şərifov

“Neftin qiyməti hər zaman enmələrə və qalxmalara məruz qalır və bu da daimi prosesdir. Lakin yeni növ koronavirus xəstəliyinin yayılması ilə əlaqədar neft bazarlarında tamamilə yeni vəziyyət yaranıb”.

“Report” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov neft bazarlarında baş verən son prosesləri şərh edərkən deyib.

S.Şərifovun sözlərinə görə, bazarlarda bəzi spekulyativ oyunlar da aparılır:

“Ümumiyyətlə neft bazarlarının iştirakçıları qlobal neftə olan tələbatın bir qədər azalmasını proqnozlaşdırır. Bunun nəticəsində də şübhəsiz ki, bazarda həm müəyyən spekulyativ oyunlar, həm də təbii proseslər başlayıb. Lakin bu proseslərin təbii gedişatı fonunda OPEC+ formatında razılığın əldə edilməməsi və bundan sonra dünyanın ən iri istehsalçısı olan dövlətin hasilat üzrə yeni siyasət tədbirlərinin bəyan etməsi şübhəsiz ki, neft bazarlarına olduqca mənfi təsir göstərib. Nəticə etibarı ilə dünyada neftin qiymətləri azalıb. Azalma 35-40% olub”.