• 12 Dekabr, 2024
  • 03:05
  • 32 c Bakı
  • 1.7 AZN
    • 03:05
    • 1.7
    • 32 c

Adları əbədiləşdirilən üç hərbçimiz...

Xəbər verdiyimiz kimi, respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.

Aria.Az xəbər verir ki, qərara əsasən, Biləsuvar rayonunda Vətən Müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi məqsədilə rayonun üç məktəbinə şəhidlərin adı verilib.

Belə ki, bundan sonra Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbi Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Nadir oğlu Əkbərovun adını daşıyacaq. Rayonun Uşaq - Gənclər İdman-Şahmat məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Cavid Hilal oğlu Mahmudovun adı verilib.

Biləsuvar rayonun ən böyük kəndi olan Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi isə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Nihad Akif oğlu Babayevin adına verilib.