• 12 Dekabr, 2024
  • 01:38
  • 32 c Bakı
  • 1.7 AZN
    • 01:38
    • 1.7
    • 32 c

“Yoluxanların sayı artdığı üçün hazırda boş çarpayı yoxdur...”

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu xəstəxanadan reportaj yayımlanıb.

  • Aria.Az-ın AzTV-yə istinadən verdiyi xəbərə görə, hazırda virusa yoluxmuş xəstələr əhaliyə müraciət edərək “evdə qalmaq, burada olmaqdan yaxşıdır”, “evdə olun ki, burada olmayın” deyə çağırış ediblər.
  • Çəkiliş zamanı xəstələrdən birinin vəziyyətinin ağırlaşmasına həkimlər dərhal müdaxilə ediblər. Bununla da həkimlər başqalarını xilas etmək üçün öz həyatlarını riskə atır, hər an ölüm-dirim savaşı aparırlar. 
  • Müxbir Vüsal Qaraca bildirib ki, bir neçə gün öncə reanimasiya otağında xəstə sayı az olsa da, hazırda heç boş çarpayı yoxdur.
  • Koronavirus xəstəsi Rüfət Ələsgərov bildirib ki, boğulma hiss etdiyi üçün həkimə müraciət edib: “Yəqin ki, haradasa səhv etdik ki, belə oldu. İnsanlara tövsiyə edirəm ki, özlərini qorusunlar. Xəstə axını xəstəxananın qəbul imkanlarını aşarsa, biz kimin yaşayacağı, kimin öləcəyinə qərar vermək məcburiyyətində qalacağıq”. 
  • TƏBİB-in Müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, son bir həftədə xəstələrin sayı və ağırlıq dərəcəsi artıb: “Bu artım həndəsi silsilə ilə davam etsə, çox çətin olacaq. Xahiş edirəm, sosial məsafəni gözləyin, gigiyena qaydalarına əməl edin”.  
  • Reportajda görünür ki, bir xəstə üçün 10-a yaxın mütəxəssis çalışır.
  • Həkim Gülarə Abbasova deyib ki, xəstələrin hər an ürəyi dayana bilər: “Belə xəstələr üçün hər saniyə önəmlidir”.
  • Tibb bacısı Xanım Babayeva deyib ki, artıq xəstələrin müalicəsi ilə məşğul olduğu üçün 40 gündür iki azyaşlı övladı ilə görüşə bilmir: “Balaca övladım iki yaş yarımlıqdır. Ancaq onlayn əlaqə saxlaya bilirik. Amma bir ana üçün bu çox çətindir”.
  • Koronavirusdan sağalmış xəstə Almaz Ağayeva deyib ki, 6 gün komada olandan sonra həkimlərin səyi nəticəsində xilas olunub.