QOXLA, SEV - ŞEİR
                                     QOXLA,SEV
- Göz oxşayan çiçək nə çox çəməndə,
 - Sən dərdiyin çiçəyini qoxla, sev.
 - Gül ətriylə düşməyəsən kəməndə,
 - Üzdüyünü tər çiçək tək qoxla, sev.
 - Bu bahardı - çiçəyi bol, gülü bol,
 - Sən də baxıb öz gülünə heyran ol.
 - Özgə gülü sonda olar tikan-kol,
 - Sənə qalar öz çiçəyin, qoxla, sev.
 - Kim deyir ki, gülün ömrü az olar?
 - Gül ömrünü gülü üzənlər yazar.
 - Üzdüyündən olmayasan sən bezar,
 - Cənnətindi bu gül sənin, qoxla sev.
 - Nəzakətin düzdür sözü, ilqarı,
 - Bağçasını xəzan edib rüzgarı.
 - Hər aşiqin yarı olsun gülzarı,
 - Bağrına bas gül yarını, qoxla, sev.
 
- NƏZAKƏT
 



